Ermənistanın baş məşqçisi mətbuat konfransını yarımçıq qoydu



 10:58 12.06.2022     342

Futbol üzrə Ermənistan yığmasının baş məşqçisi Xoakin Kaparros səfərdə Ukraynaya 0:3 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının III tur matçından sonra mətbuat konfransında çətin vəzityyətə düşüb.

Demedia.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis ukraynalı qadın jurnalistin sualına cavab vermədən konfrans otağını tərk etməli olub.

Media nümayəndəsi Kaparrosdan Ermənistan yığmasının Ukrayna ilə həmrəylik nümayiş etdirməməsinin səbəbini soruşub. Rəqib komandanın mətbuat katibi baş məşqçinin siyasi suallara cavab vermək istəmədiyini söyləyib. Mütəxəssisin özü də bu barədə danışmaq niyyətində olmadığını bir neçə dildə izah etməyə çalışıb. Sonda isə o, mətbuat konfransını yarımçıq qoyub.

Qeyd edək ki, hazırda Ukrayna millisi 2 oyundan 6 xalla B Liqasında 1-ci qrupa başçılıq edir. Ermənistan isə 3 matçdan 3 xalla sonuncudur.