Bəxtiyar Soltanov: “Turnirin ən yaxşı oyunçusu seçiləcəyimi gözləmirdim”



 11:58 13.06.2022     1131

“Turnirin ən yaxşı oyunçusu seçiləcəyimi gözləmirdim. Bu mənə ikiqat sevinc verir”.

Demedia.az-ın xəbərinə görə, bunu minifutbol üzrə Azərbaycan milli komandasının üzvü Bəxtiyar Soltanov hava limanında jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

“Finaldakı rəqib altıqat Avropa çempionu idi. Lakin oyunun məsuliyyətini hiss edirdik. Şükürlər olsun, qələbə qazandıq”, - millinin üzvü vurğulayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanın minifutbol üzrə milli komandası Avropa çempionatının keçirildiyi Slovakiyanın Koşitse şəhərindən vətənə qayıdıb.

Xatırladaq ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv Avropa çempionatının finalında Rumıniyanı məğlubiyyətə uğradıb - 1:0.