Mahirdən qələbə paylaşımı: “Bunun adı həm qürur, həm uğurdur”



 20:54 14.06.2022     333

Millətlər Liqasının qrup mərhələsində Belarus üzərində qələbənin memarı Mahir Emreli sosial şəbəkədə paylaşım edib.

Demedia.az xəbər verir ki, Azərbaycan millisinin 2:0 hesabı ilə qalib gəldiyi görüşdə 1 qol, 1 assist edən 25 yaşlı hücumçu buna münasibət bildirib.

Emreli paylaşımında “Dalğa Arena”dakı qalibiyyətin əzmkarlıq sayəsində əldə edildiyini vurğulayıb: “Bunun adı həm qürur, həm uğurdur. Mübarizə, əzmkarlıq möhtəşəm”.

Qeyd edə ki, Mahir Emreli hazırda Zaqreb “Dinamo”sunda çıxış edir.