Luis Suaresdən İLİN İMZASI: Dünya ulduzu Türkiyədə futbol oynayacaq
“Atletiko Madrid”in hücumçusu Luis Suares karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Demedia.az xəbər verir ki, “Trabzonspor” və “Qalatasaray” klublarının 35 yaşlı uruqvaylı hücumçu ilə danışıqlar apardığı bildirilir. Türkiyə mətbuatının məlumatına görə, “Qalatasaray” Suaresi transfer etməyə daha yaxındır. Buna səbəb Suareslə eyni milli komandada forma geyinən “Qalatasaray”ın qapıçısı Fernando Musleranın danışıqlarda iştirak etməsidir. İddialara görə, Muslera artıq Suaresi “Qalatasaray”a transfer olmaq üçün razı salıb. Suares türk klubundan 2 illik müqavilə tələb edir. “Qalatasaray” klubu isə futbolçuya 1 illik müqavilə və 3 milyon avro məvacib təklif edib.