Dr. Maya Rustamova

"Liverpul"dan "Monako"ya

 15:14 22.06.2022     308

"Liverpul"un futbolçusu Takumi Minamino klubdan ayrılır.

Demedia.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi "Monako"ya keçir. Fransa təmsilçisi oyunçu ilə də, "Liverpul"la da razılığa gəlib. Klub onun üçün bonuslar da daxil olmaqla 18 milyon avro ödəyəcək.

Qeyd edək ki, Minamino 2020-ci ilin yanvarından "mersisaydlılar"da oynayır. O, ümumilikdə komandada 55 oyunda 14 qol vurub.