UEFA millimizin ən yaxşısını açıqladı



 17:23 23.06.2022     394

Millətlər Liqasının yeni mövsümünün ilk 4 turunun oyunlarından sonra milli komandaların ən yaxşı futbolçularının adları açıqlanıb.

Demedia.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Azərbaycan yığmasının ən yaxşısı Emin Mahmudovdur ("Neftçi"). 30 yaşlı yarımmüdafiəçi 119 xalla birincidir. 113 xalla "Qarabağ"dan qapıçı Şahruddin Məhəmmədəliyev 2-ci, eyni xalı olan müdafiəçi Bəhlul Mustafazadə isə 3-cüdür.

Qeyd edək ki, C Liqasının 3-cü qrupunda mübarizə aparan Azərbaycan millisi Qazaxıstan və Slovakiyaya uduzub, Belarusla səfərdə heç-heçə edib, evdə isə bu komandaya qalib gəlib. Yığmamız cədvəldə 4 xalla 3-cüdür.