Arda Turana GÖZLƏNİLMƏZ TƏKLİF: "Atletiko"ya qayıdır



 18:25 23.06.2022     440

 

Türkiyəli futbolçu Arda Turan yenidən "Atletiko"ya qayıda bilər.

Demedia.az xəbər verir ki, "Qalatasaray"la müqaviləsini pozan türk futbolçu İspaniya təmsilçisində məşqçi kimi işləyə bilər. Məlumata görə, Arda Turan Madrid təmsilçisinin U-17 komandasına təklif alıb. Lakin Arda Turanın "Qalatasaray"da da məşqçi köməkçisi işləyə biləcəyi istisna edilmir. "Qalatasaray"ın yeni baş məşqçisi Okan Buruk türk ulduzla işləməyə müsbət yanaşır.

Qeyd edək ki, Arda Turan 2011-2015-ci illərdə "Atletiko"da çıxış edib.