"Mançester Yunayted"dən Ronaldonun transferi ilə bağlı AÇIQLAMA



 17:58 26.06.2022     1042

 

"Mançester Yunayted" klubun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonu satmaq fikrində deyil.

Demedia.az xəbər verir ki, bunu klubun yeni baş məşqçisi Erik ten Haq bildirib.

Buna baxmayaraq, hazırda "qırmızı şeytanlar" 37 yaşlı hücumçunu satmaq üçün heç bir danışıqlar aparmır. "Mankunianların" yeni baş məşqçisi Ronaldonu klubda saxlamaq istəyir və futbolçunun gələn mövsüm komandada olacağına ümid edir.

Daha əvvəl “Çelsi”nin yeni sahibi Todd Boulinin Kriştianu Ronaldonun maraqlarını təmsil edən Xorxe Mendeşlə görüşüb və futbolçunun London klubuna transferi məsələsini müzakirə etdiyi bildirilirdi.