Manenin "Bavariya"dakı maaşı müəyyənləşdi



 23:59 26.06.2022     389

Sadio Manenin yeni klubu "Bavariya"dakı qazancı müəyyənləşib.

Demedia.az "Bild"ə istinadən xəbər verir ki, seneqallı hücumçu Münhen klubunda ilinə 20 milyon avro qazanacaq. 30 yaşlı oyunçu  bununla da  "Bavariya"nın ən yüksək maaş alan futbolçularından biri olacaq. 

Qeyd edək ki, S.Mane  sabiq klubu "Liverpul"da ilinə 12 milyon avro qazanırdı.

Xatırladaq ki, futbolçu Münhen təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.