Məşhur braziliyalı futbolçu rekord məbləğlə Azərbaycan klubuna keçir



 13:28 28.06.2022     507

Braziliya millisinin sabiq futbolçusu Vaqner Lav "Sabah"a keçir.

Demedia.az "Eurostavka" saytına istinadən xəbər verir ki, 38 yaşlı hücumçu paytaxt təmsilçisi ilə müqavilə imzalamağa yaxındır.

İddiaya görə, "sambaçı" Premyer Liqanın ən yüksək ödənişli oyunçusu olacaq.

Təcrübəli forvardın "Sabah"ı seçməsində klubun infrastrukturu və baş məşqçi Murad Musayevin həlledici rol oynadığı bildirilib.

Qeyd edək ki, son klubu Danimarka "Midtüllan"ı olan Lav Rusiyanın MOİK, Fransanın "Monako", Türkiyənin "Alanyaspor", "Beşiktaş" və Qazaxıstanın "Kayrat" komandalarında da çıxış edib.