Lukaku yenidən Milanda



 17:19 29.06.2022     255

"İnter" "Çelsi"nin hücumçusu Romelu Lukakunun keçidini həll edib.

Demedia.az xəbər verir ki, belçikalı hücumçu artıq Milandadır. Bu gün tibbi müayinədən keçəcək forvardla 1 illik icarə müqaviləsi imzalanacağı gözlənilir.

Qeyd edək ki, Lukaku 2019-2021-ci illərdə "İnter"də çıxış edib. O, keçən yay 115 milyon avroya "Çelsi"yə satılıb.