İNANILMAZ HADİSƏ: Hakim 35 dəqiqə əlavə vaxt artırdı - Futbolçular ŞOKA DÜŞDÜ



 19:25 29.06.2022     257

 

Nigeriyada futbol meydançalarında nadir rast gəlinən hadisə baş verib.

Demedia.az xəbər verir ki, “Katsina United” və “Remo Stars” komandaları arasında keçirilən qarşılaşma zamanı hakim oyuna ehtiyac olmadığı halda 35 dəqiqə əlavə vaxt artırıb. Oyunçular əvvəlcə bunun texniki səhv olduğunu güman etsə də, sonra hakimin həqiqətən 35 dəqiqə əlavə vaxt artırdığını öyrənib. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. İki qol son dəqiqələrdə vurulub.

Yerli medianın iddiasına görə, hakim oyunda çox qol vurulması üçün belə qərar qəbul edib. Oyunun “satıldığı” barədə məlumatlar var. Futbol Federasiyası isə oyuna 35 dəqiqə əlavə vaxt artırıldığı barədə iddiaları təkzib edib.