Manedən sonra Salah da gedir: “Liverpul”a ŞOK
Sadio Manedən sonra Məhəmməd Salah da “Liverpul”dan ayrılmağa hazırlaşır.
Demedia.az yerli mediaya istinadən xəbər verir ki, Salahın yüksək məvacib tələb etməsinə görə, tərəflər arasında razılıq əldə edilməyib. Salahın müqaviləsinin yekunlaşmasına 1 il qalıb. Buna görə də, “Liverpul” gələn mövsüm futbolçunun pulsuz komandadan ayrılmasını istəmədiyi üçün indi gələn təklifləri nəzərdən keçirir. İddia edilir ki, 30 yaşlı hücumçu ilə “Real Madrid” klubu maraqlanır. “Liverpul” 74 milyon dollar qarşılığında Salahın transferinə icazə verəcək.
Qeyd edək ki, Sadio Mane “Bavariya” klubuna transfer olub.