"Mançester Yunayted" niderlandlı müdafiəçini heyətinə qatıb



 18:25 04.07.2022     406

İngiltərənin "Mançester Yunayted" klubu yeni transferini gerçəkləşdirib.

Demedia.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

O bildirib ki, "qırmızı şeytanlar" Niderland "Feyenoord"unda çıxış edən Teyrell Malasianı heyətinə qatıb. 23 yaşlı müdafiəçi artıq yeni klubunda tibbi müayinədən keçib. Niderlandlı oyunçunun müqaviləsi 2026-cı ilədək nəzərdə tutulacaq.

Qeyd edək ki, "Feyenoord"un yetirməsi olan Teyrell Malasia 2017-ci ildən əsas komandada çıxış edir.