Salah yeni müqaviləsindən danışdı



 15:17 04.07.2022     412

“Liverpul”un hücumçusu Məhəmməd Salah klubla müqavilənin uzadılmasına münasibət bildirib.

Demedia.az xəbər verir ki, misirli futbolçu klubun rəsmi saytına açıqlamasında bu qərardan xoşbəxt olduğunu deyib:

“Hər kəs üçün uğurlu gündür. Bu klubla kuboklar qazandığım üçün özümü əla hiss edirəm, xoşbəxtəm. Müqavilənin uzadılması bir qədər vaxt apardı, amma indi razılaşdıq. Ona görə də, diqqətimizi bundan sonra nə olacağına yönəltməliyik. Son 5-6 ildə “Liverpul” irəli gedir. Keçən mövsüm dörd kubok qazanmağa yaxın idik, lakin təəssüf ki, onlardan ikisini əldən verdik.  Azarkeşlərə mesajım odur ki, oyunçular gələn mövsüm bütün kubokları qazanmaq üçün əllərindən gələni etmək istəyirlər”.

Qeyd edək ki, 30 yaşlı oyunçu 2017-ci ildən "Liverpul"da oynayır.