"Lex"in kapitanı: "Çox çətin olacaq"



 21:25 04.07.2022     275

“Lex”in kapitanı Mikael İshak Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

Demedia.az xəbər verir ki, isveçli hücumçu bugünkü mətbuat konfrnasında deyib ki, "Qarabağ"la görüş çətin olacaq: 

“Qarabağ”la Çempionlar Liqası oyunları arasında Polşa SuperKuboku matçına da çıxacağıq. Demək olar ki, üç gündən bir çıxış edəcəyik. Bu da çox çətindir. Buna baxmayaraq, bütün oyunlara qələbə qazanmaq, müsbət nəticə əldə etmək üçün çıxacağıq. Həm Çempionlar Liqası, həm də SuperKubok oyunları asan deyil. Ancaq bunun öhdəsindən gələcəyimizə inanıram”.

Qeyd edək ki, sabah Pozdnanda keçiriləcək "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.