Türk klubundan ilin transfer həmləsi: İki dünya ulduzunu Türkiyəyə gətirir

 15:29 11.07.2022     1011

 

“Fənərbahça” klubu Luis Suarez və Kavanini transfer edə bilər.

Demedia.az xəbər verir ki, İtaliyanın “Calciomercato” portalı belə məlumat yayıb. Bildirilir ki, yaşları çox olduğuna görə, Avropa nəhənglərindən təklif almayan hər iki futbolçu dünya çempionatına qədər formada qalmaq üçün rəqabət olan çempionata getmək niyyətindədirlər. Məlumata görə, futbolçular Argentina klublarından təklif alsalar da, Avropadan ayrılmaq istəmirlər.

Onlar Türkiyədən gələn təklifi nəzərdən keçirirlər.