Ən çox tamaşaçı Bakıda olub - Çempionlar Liqası
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.
Demedia.az-ın məlumatına görə, 15 matçda ümumilikdə 95 mindən çox tamaşaçı iştirak edib.
Ən çox fanat Bakıda "Qarabağ" və "Lex" komandaları arasında keçirilmiş qarşılaşmada olub. Görüşü 27 652 tərəfdar izləyib.
İkinci pillədə 20 022 tamaşaçı ilə "Dinamo" (Batumi, Gürcüstan) - "Slovan" (Bratislava, Slovakiya) matçı yer alıb. İlk "üçlüy"ü "Ferentsvaroş" (Macarıstan) - "Tobol" (Qazaxıstan) görüşü tamamlayıb - 17 347.
Qeyd edək ki, "Qarabağ" rəqibini 5:1 hesabı ilə məğlub edib. "Köhlən atlar" Poznandakı ilk oyunda minimal hesabla uduzub - 0:1.