Xaviyə ŞOK: ABŞ-a buraxılmadı - Hadisənin arxasından İran "çıxdı"



 22:24 18.07.2022     270

Məşq toplanışı üçün ABŞ-a gedən “Barselona” klubunun baş məşqçisi Xavi Hernandez ölkəyə buraxılmayıb.

Demedia.az xəbər verir ki, oyunçular ABŞ-a daxil olsa da, Xaviyə icazə verilməyib. Məlumata görə, Xavi Qətərin “Al Sadd” klubunda baş məşqçi olarkən İrana getdiyi üçün o ABŞ-a buraxılmayıb. Onun əvvəllər İranda bir neçə dəfə səyahətdə olması ABŞ daxil olmasına mane olub.

Bildirilir ki, Xavinin xüsusi icazə ilə ABŞ-a buraxılacağı gözlənilir.