Reytinq cədvəli: Azərbaycan xal ehtiyatını artırdı
Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını artırıb.
Demedia.az xəbər verir ki, , "Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündə İsveçrənin "Sürix" klubu üzərində əldə etdiyi 3:2 hesablı qələbə sayəsində mümkün olub. Qalibiyyət 4 klubla təmsil olunan ölkənin aktivinə daha 0,250 xal gətirib.
Bununla da Azərbaycan 28-ci pillədə qərarlaşıb.
Azərbaycanın bu turnirdəki təmsilçiləri "Neftçi", "Zirə" və "Qəbələ" isə yarışa II təsnifat mərhələsindən start verəcəklər.