Avropa çempionatı: Yarımfinala vəsiqə qazanan komandalar bəlli olub

 10:57 24.07.2022     226

İngiltərədə qadın futbolçular arasında keçirilən Avropa çempionatında yarımfinalçılar müəyyənləşib.

Demedia.az-ın məlumatına görə, cütlərin tərkibi 1/4 final mərhələsinin yekununda bəlli olub.

Bu raundda İngiltərə İspaniyaya 2:1, Almaniya Avstriyaya 2:0, İsveç Belçikaya, Fransa isə Niderlanda 1:0 hesabı ilə qalib gəlib.

Beləliklə, iyulun 26-da İngiltərə - İsveç, iyulun 27-də isə Almaniya - Fransa qarşılaşması keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatının finalı iyulun 31-də Londondakı "Uembli" stadionunda olacaq.