Ronaldonun yeni klubu bəlli oldu: Sevgilisi “açıqladı”

 15:34 26.07.2022     468

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes sosial şəbəkədə "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin həyat yoldaşını izləməyə başlayıb.

Demedia.az xəbər verir ki, futbol ekspertləri bunu Ronaldonun “Atletiko”ya keçəcəyi ilə əlaqələndirib. “AS” qəzetinin məlumatına görə, Corcina Simeonenin həyat yoldaşı olan Karla Pereyra ilə yaxın əlaqəsi olmayıb. Tərəflər arasında rəfiqə münasibəti yoxdur. Ronaldonun sevgilisinin belə addım atması hüçumçunun Madrid klubuna keçəcəyini nümayiş etdirir.

Qeyd edək ki, 37 yaşlı futbolçunun Madrid təmsilçisi ilə danışıqlar apardığı deyilir. Tərəflər maliyyə məsələlərini müzakirə edir. İddialara görə, ispanlar Ronaldonun kluba gələ bilməsi üçün fransız hücumçu Antuan Qrizmanı satmağa hazırdır.