Mirça Luçesku mətbuat konfransını boykot etdi
Ukraynanın "Dinamo" (Kiyev) komandasının baş məşqçisi Mirça Luçesku Türkiyədə "Fənərbağça"ya qarşı keçirdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransını boykot edib.
Demedia.az-ın məlumatına görə, buna İstanbul təmsilçisinin azarkeşlərinin səsləndirdiyi şüarlar səbəb olub.
"Dinamo"nun ilk qolundan sonra fanatlar Rusiya prezidenti Vladimir Putinin adını çəkməyə başlayıb. 77 yaşlı rumıniyalı mütəxəssis yerli mətbuata açıqlamasında tərəfdarlardan belə şüarlar gözləmədiyini bildirib.
Qeyd edək ki, matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə qolsuz bərabərlik qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda 1:0 hesablı qələbə qazanan Kiyev klubu növbəti mərhələyə yüksəlib.