Çempionlar Liqası: "Qarabağ" qol sayına görə ilk "3-lük"də yer alıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
Demedia.az-ın məlumatına görə, "Qarabağ" qitənin bir nömrəli klub turnirində ən çox qol vuran komandaların siyahısında yer alıb.
"Köhlən atlar" 4 oyunda ümumilikdə 10 dəfə fərqlənib. Azərbaycan təmsilçisi bu göstəriciyə görə III təsnifat mərhələsindəki rəqibi Macarıstan "Ferentsvaroş"u ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Norveç "Budö/Qlimt"i 12 qolla birinci, İslandiya "Vikinqur"u 10 qolla ikinci pillədə qərarlaşıb.
"Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borges bombardirlik cədvəlində 4 qolla ikinci yerdədir. "Budö/Qlimt"dən Viktor Bonifeys siyahıya başçılıq edir - 5.
Qeyd edək ki, Bakıda "Sürix"i 3:2 hesabı ilə məğlub edən "Qarabağ" səfərdəki matçın əsas vaxtında rəqibinə 1:2 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda əlavə vaxtda vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib – 2:2. "Köhlən atlar" Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək. Ağdam komandası ilk görüşünü 2 və ya 3 avqustda Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdə keçirəcək.