Ramin Musayev istefa verdi



 10:47 29.07.2022     593

Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən istefa verib.

Demedia.az Qol.az-a istinadən xəbər verir ki, o, yaxın ətrafına səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyini açıqlayıb. Bununla əlaqədar, o, bu gün Premyer Liqada yarışan klub nümayəndələri ilə görüşüb. Yaxın saatlarda bununla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, 2008-ci ildən PFL-in prezidenti vəzifəsində çalışırdı.