Qadın FIFA referisi AFFA-da VAR layihəsinin rəhbəri olub
AFFA-da video-köməkçi hakim (VAR) layihəsinin yeni rəhbəri bəlli olub.
Bu barədə Demedia.az-a Peşəkar Futbol Liqasının prezidenti (PFL) seçilən Elxan Səmədov açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu vəzifə FIFA referisi Fəridə Lütfəliyevaya tapşırılıb. 34 yaşlı ədalət təmsilçisi bu postda məhz Elxan Səmədovu əvəzləyib.
Qeyd edək ki, Elxan Səmədov iyulun 29-da PFL prezidenti seçilib. 2008-ci ildən quruma rəhbərlik edən Ramin Musayev səhhəti ilə əlaqədar vəzifəsindən ayrılıb.