Dr. Maya Rustamova

"Qalatasaray"dan transfer "bombası" - Dünya ulduzunu İstanbula gətirir

 23:54 03.08.2022     146

“Qalatasaray” klubu Belçika millisinin ulduz futbolçusu Dris Mertensi transfer etməyə yaxındır.

Demedia.az xəbər verir ki, bu barədə “Sporx” qəzeti məlumat yayıb. Bildirilir ki, Mertensin “Napoli” ilə müqaviləsi başa çatıb. O, azad agentdir. Məlumata görə, futbolçunu almaq üçün rəqabət var. “Yuventus” klubu da futbolçuya təklif göndərib. Mertens “Yuventus”da əsas heyətə düşə bilməyəcəyini güman etdiyinə görə, “Yuventus”a keçməyə ehtiyatla yanaşır. 35 yaşlı futbolçu “Qalatasaray”ın təklifini rədd etməyib.