FİFA qərar verdi: DÇ-2022-nin başlama vaxtı dəyişdirildi



 10:42 12.08.2022     550

FİFA Qətərdə keçiriləcək dünya çempionatının başlama vaxtını dəyişdirib.

Demedia.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

 

FİFA Şurasının Bürosu ilk matçın və açılış mərasiminin noyabrın 21-dən noyabrın 20-nə keçirilməsi barədə qərar qəbul edib. Seneqal – Niderland matçı da noyabrın 21-i, bazar ertəsi saat 13:00-dan 19:00-a dəyişdirilib. Açılış matçında Qətər yığması 20 noyabr bazar günü saat 19:00-da Ekvador ilə oynayacaq.

“Bu qərar rəqabətin və nəticələrin qiymətləndirilməsindən, əsas maraqlı tərəflər və ev sahibi ölkə ilə məsləhətləşmələrdən və razılıqdan sonra verilib”, – FİFA-nın saytında qeyd edilib.

Qeyd edək ki, 2022-ci il dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.