İslamiada: Azərbaycan idmançıları 10 növdə mübarizə aparacaq



 09:53 13.08.2022     429

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 9-cu günə start veriləcək.

Demedia.az-ın məlumatına görə, bu gün Azərbaycan təmsilçiləri 10 idman növündə qüvvəsini sınayacaq.

Ağırlıqqaldırma (kişilər)
A qrupu
11:30. Paşa İbrahimli (73 kq)
B qrupu
13:00. Füqan Əliyev (81 kq)

Güləş (yunan-Roma və qadın güləşi)
Təsnifat - 12:30. Finallar - 18:30.
Yunan-Roma güləşi: Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq), Sabah Şəriəti (130 kq)
Qadın güləşi: Jalə Əliyeva (57 kq)

Həndbol (qadınlar)
yarımfinal
14:00. Azərbaycan - Özbəkistan

Voleybol (kişilər)
B qrupu
17:00. Azərbaycan - Mərakeş

Basketbol 3x3 (kişilər)
C qrupu
17:20. Mali - Azərbaycan
22:00. Azərbaycan - Türkiyə

Bədii gimnastika
Fərdi və komanda sıralama, təsnifat və finallar
15:00. Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova və Azərbaycanın qrup hərəkətlərindən ibarət komandası

Aerobika gimnastikası
Kişilər və qadınlar
11:00. Vladimir Dolmatov, Mədinə Mustafayeva və Xoşqədəm Quliyeva

Para-oxatma (qadınlar)
15:00. Azadə Abdullayeva

Velosiped
10:00. Kişilər və qadınlar
Qadınlar, 100 km: Viktoriya Sidorenko və Lalə Əbdürəhmanova
Kişilər, 130 km: Elçin Əsədov, Musa Mikayılzadə, Elvin Əlizadə, Şahin Eyvazov, Nəcəf Bağırov və Əli Qurbanov

Üzgüçülük
Təsnifat - saat 11:00, yarımfinallar və finallar - 18:00
100 m. batterflay kişilər: Ramil Vəlizadə
50 m. brast qadınlar: Ayan Kələntərova
50 m. brass kişilər: Vəli İsrafilov
200 m. individual qarışıq qadınlar: Ayan Kələntərova
4x100 m. sərbəst, kişilər: Rəşad Alquliyev, Vəli İsrafilov, Əbdürrəhman Rüstəmov, Nihat Yusubov
800 m. sərbəst, qadınlar: Aysel Səfərova

Qeyd edək ki, ilk 8 günün nəticəsinə əsasən Azərbaycan 7 qızıl, 12 gümüş və 14 bürünc medal qazanıb. Ölkə medal sıralamasında bu nəticə ilə Türkiyə, İran, Özbəkistan və Qazaxıstandan sonra 5-ci yerdədir.