Azərbaycan güləşçisi dünya çempionu olub



 23:05 20.08.2022     367

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatının qalibi olub.

Demedia.az xəbər verir ki, 55 kq-da çıxış edən idmançı finalda rumıniyalı Denis Mihaya 6:1 hesabı ilə qalib gəlib.

87 kq-da yer alan Laçın Vəliyev isə 3-cü yer uğrunda qarşılaşmada iranlı Əbülfəzl Əli Çobanini məğlub edərək, bürünc medala sahib çıxıb.