Kolumbiya millisinin müdafiəçisi “Qalatasaray”a transfer edilə bilər
Meksikanın “Leon” klubunun futbolçusu Yayro Moreno karyerasını “Qalatasaray”da davam etdirə bilər.
Bu barədə italyan jurnalist Nikolo Skira məlumat yayıb.
O qeyd edib ki, 25 yaşlı kolumbiyalı futbolçunu “Portu” da transfer etmək istəyir.
Qeyd edək ki, Y. Moreno Kolumbiya millisinin heyətində beş dəfə oynamaq şansı əldə edib.
“Transfermarkt” futbolçunun dəyərini 8,5 milyon avro qiymətləndirir.