Azərbaycanlı iş adamı məşhur futbol klubunu aldı - FOTO



 22:55 22.08.2022     1058

 

Rusiyanın “Lukoyl” şirkəti Moskvanın “Spartak” futbol klubunu alıb.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb.Röyters agentliyinin mnəlumatına görə, şirkət “Spartak” klubu ilə yanaşı komandanın ev oyunlarını oynadığı “Otkrıtie Bank Arena”nı da alıb. Beləliklə, “Lukoyl” həm klubun, həm də stadionun 100 faizlik payla yeni sahibi olub. Satışın detalları barədə hələlik ətraflı məlumat açıqlanmayıb.

Qeyd edək ki, “Lukoyl” şirkətinin rəhbəri azərbaycanlı milyarder Vahid Ələkbərovdur.

Qərbin sanksiyalarından sonra Rusiyanın bir sıra futbol klubları maliyyə problemi ilə üzləşib.