Yayın transfer bombası "partladı" - 90 milyonluq transferi açıqladılar

 23:52 22.08.2022     281

 

İngiltərənin "Mançester Yunayted" klubu növbəti transferini gerçəkləşdirib. 

Demedia.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Nikola Skira özünün tviter hesabında paylaşım edib.

"Qırmızı şeytanlar" Niderland "Ayaks"ında çıxış edəngoheyətinə qatıb. Mançester təmsilçisi 22 yaşlı hücumçu üçün qarşı tərəfə 90 milyon avro ödəyəcək. Braziliyalı oyunçu ilə 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Antoni 2020-ci ildə Braziliyanın "San Paulu" klubundan "Ayaks"a keçib. Forvard cari mövsüm bütün turnirlərdə 3 matçda meydanda olub, 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.