"Yuventus" polşalı hücumçunu heyətinə qatıb



 20:14 25.08.2022     1058

İtaliyanın "Yuventus" klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

Demedia.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano tviterdə bildirib.

"Qoca sinyora" Fransa "Marsel"indən Arkadiuş Miliki mövsümün sonunadək icarəyə götürüb. Turin təmsilçisi 28 yaşlı polşalı hücumçunu 8 milyon avroya almaq hüququna malikdir. Milik artıq tibbi müayinədən keçmək üçün İtaliyaya gedib.

Qeyd edək ki, Arkadiuş Milik 2021-ci ildən "Marsel"də çıxış edir.