Türkiyəli yazar: “Qarabağ” erməni klubudur... – Video

 13:40 26.08.2022     245

Türkiyənin tanınmış köşə yazarı Azərbaycanın “Qarabağ” klubunu erməni klubu kimi təqdim etməyə çalışıb.

Demedia.az xəbər verir ki, Türkiyənin “A Spor” kanalında UEFA Avropa Liqasının püşkatması ilə bağlı aparılan müzakirələrdə “Sabah” qəzetinin köşə yazarı Gürcan Bilgiç də iştirak edib.

Aparıcı 2-ci səbətdəki klubların adını sadalayarkən “Qarabağ”ın da adını çəkib və Gürcan Bilgiçin fikirlərini soruşub. Bilgiç də “Qarabağ” erməni klubu deyil?” sualını verib.

Lakin idman jurnalisti Hüseyn Özkök onun səhvini düzəldərək, “Qarabağ” Azərbaycan klubudur”, deyib.