Nazir: "İdman mediası ilə tərəfdaşlığımız inkişaf etdirilməlidir"
"İdman mediası ilə tərəfdaşlığımız davam və inkişaf etdirilməlidir".
Demedia.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov son bir aydakı nailiyyətlər barədə qeydində yazıb.
O, Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi İdarə Heyətinin üzvləri ilə görüşündə də bu mövzuda bir sıra məsələləri müzakirə etdiklərini bildirib.
Nazir idmanın təbliğində medianın rolunun danılmaz olduğunu vurğulayıb: "İdman mediası idman ictimaiyyətimizın qolu sayılır. V İslam Həmrəyliyi Oyunlarını yerində işıqlandırmaq üçün 40-dək idman jurnalistinin Oyunlara akkreditasiyasını və iştirakını təmin etdik. Geniş tərkibdə media nümayəndə heyətimizin bu multi-idman yarışında idmançılarımızın yanında olması, yarışları işıqlandırması, fikrimcə, maraqlı təcrübə olmaqla yanaşı, idman uğurlarımızın təbliği baxımından əhəmiyyətli oldu".