"Paçin" dünyasını dəyişdi
"Real"ın sabiq futbolçusu Enrike Peres Dias dünyasını dəyişib.
Nexeber.az qol.az-a istinadən xəbər verir ki, bu barədə Madrid klubunun saytı məlumat yayıb. Keçmiş müdafiəçi 83 yaşında vəfat edib.
Qeyd edək ki, "Paçin" ləqəbi ilə tanınan oyunçu 1959 - 1968-ci illlərdə "Real"in formasını geyinib. O, "Kral klubu"nda 218 matçda iştirak edib. Dias bu komandanın heyətində 7 dəfə İspaniya çempionatının, iki dəfə isə Çempionlar Kubokunun qalibi olub.