Millimiz böyükhesablı qələbə ilə qrup ikincisi oldu



 21:59 25.09.2022     362

Bu gün milli komandamız UEFA Millətlər Liqasının 2022/23 mövsümündə son matçına çıxıb.

Demedia.az xəbər verir ki, C liqasının 3-cü qrupunda yer alan Canni De Byazinin komandası 6-cı turda Qazaxıstanı qəbul edib.

Qazaxlar artıq ötən turdan qrup liderliyini təmin etmişdisə, ardıcıl iki oyundur qalib gələn millimiz ikincilik uğrunda mübarizə aparırdı. Oyun millimizin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. Millimiz tarixində ilk dəfə ardıcıl 3 matçda meydanı qələbə ilə tərk edib.

Xallarını 10-a çatdıran yığmamız qrupu 2-ci pillədə başa vurub. 

Qrupun digər oyununda Slovakiya Belarusu qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. Slovakiya 7 xalla 3-cü, Belarus isə 3 xalla qrup sonuncusu olub.

25 sentyabr

Millətlər Liqası, 6-cı tur
C liqası, 3-cü qrup

20:00. Azərbaycan – Qazaxıstan - 3:0 

Qol: Aleksandr Maroçkin, 67-avtoqol, Filip Ozobiç, 74, Anatoli Nuriyev, 90+1

Qırmızı vərəqə: Nuralı Alip, 35 (Qazaxıstan)
Baş hakim: Harm Osmers
Bakı. “Dalğa Arena”

20:00.Slovakiya - Belarus - 1:1 

Qollar: Bakhar, 45 (0:1), Zrelak, 65 (1:1)

 

1

Qazaxıstan

6

4

1

1

8

6

2

13

2

Azərbaycan

6

3

1

2

7

4

3

10

3

Slovakiya

6

2

1

3

5

6

-1

7

4

Belarus

6

0

3

3

3

7

-4

3