"Qarabağ" "Neftçi"ni məğlub edərək vahid lider oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.
Demedia.az-ın məlumatına görə, günün ikinci matçında "Qarabağ" "Neftçi"ni qəbul edib.
"Azersun Arena"dakı qarşılaşma "köhlən atlar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesab 24-cü dəqiqədə açılıb. Eddi İsrafilov başla fərqlənərək qonaqları önə keçirib. İlk hissə "ağ-qaralar"ın üstünlüyü ilə başa çatıb. İkinci yarıya Ağdam təmsilçisi daha fəal başlayıb. 56-cı dəqiqədə Kadi Borges hesabı bərabərləşdirib. 67-ci dəqiqədə Abdullah Zubir qonaqları növbəti dəfə mərkəzə dəvət edib. 74-cü dəqiqədə isə Kvabena Ovusu üçüncü qolu vurub.