FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib
FIFA Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı qərarını ləğv edib.
Demedia.az-ın Zaqreb təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 25 yaşlı hücumçunun futbol oynamasına qoyulan qadağa götürülüb.
Artıq bununla bağlı ali futbol qurumundan kluba müvafiq məktub daxil olub.
Qeyd edək ki, FIFA Mahir Emrelini Polşa "Legiya"sı ilə müqaviləsindəki maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün cəzalandırıb. Futbolçu bundan sonra sabiq komandasına olan borcunu ödəyib.