Ronaldo 887 min avro cərimələndi



 23:36 21.10.2022     444

İngiltərə Premyer Liqasında (APL) "Tottenhem"lə oyunda baş verən insidentdən sonra  "Mançester Yunayted"in portuqaliyalı hücumçu Kriştianu Ronaldoya tətbiq edilən cərimənin məbləği məlum olub. 

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu klubdakı iki həftəlik maaşına bərabər məbləğ - 887 min avro ödəməli olacaq. 

Bildirilir ki, komanda rəhbərliyi bu qərarı oktyabrın 19-da "Tottenhem"lə oyunda Ronaldonun əvəzedici kimi meydana çıxmaqdan imtina edərək, vaxtından əvvəl stadionu tərk etməsi ilə bağlı verib.