"Nant" - "Qarabağ" oyununun hakimləri AÇIQLANDI



 14:42 25.10.2022     435

Fransada "Nant" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununun təyinatları bəlli olub.

Demedia.az xəbər verir ki. qarşılaşma Danimarkadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Jakob Kehletə Lars Hummelgaard və Victor Skytte laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Jorgen Burchardt yerinə yetirəcək. VAR hakimi niderlandlı Jeroen Manschot, onun köməkçisi Rob Dieperinkdir.

Almaniyalı Peter Sippel hakim-inspektor, monteneqrolu Amil Gerina UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.