“Flamenqo” üçüncü dəfə “Libertadores” kubokunu qazanıb



 11:15 30.10.2022     308

Braziliyanın "Flamenqo" futbol klubu “Libertadores” kubokunun qalibi olub.

Demedia.az xəbər verir ki, Ekvadorun Quayakil şəhərində baş tutan finalda komanda Braziliyanın “Atletiko Paranaense” klubuna 1:0 hesabı ilə qalib gəlib.

İlk hissəyə əlavə olunan dördüncü dəqiqədə “Flamenqo”nun heyətində Qabriel Barbosa fərqlənib. 43-cü dəqiqədə “Atletiko Paranaense”nin müdafiəçisi Pedro Enrike ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, “Flamenqo” tarixində üçüncü dəfə “Libertadores” Kubokunu qazanıb, bundan əvvəl Rio-de-Janeyro komandası 1981 və 2019-cu illərdə kuboka sahib olub.

"Atletiko Paranaense" heç vaxt turnirin qalibi olmayıb, 2005-ci ildə Kuritiba klubu "San Paulo"ya məğlub olduğu (0:4) "Libertadores" Kubokunun finalçısı olub.