FİFA Tunis yığmasını DÇ-2022-dən kənarlaşdıra bilər
Tunis millisi 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatında iştirakdan kənarlaşdırıla bilər.
Demedia.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd edilir ki, dövlətin futbol işlərinə qarışması səbəbindən milli komanda turnirdən kənarlaşdırılması təhlükəsi mövcuddur. Tunisin gənclər və idman naziri Kamel Deqiş daha əvvəl ölkənin Futbol Federasiyasının buraxıla biləcəyinə eyham vurub. Beynəlxalq Futbol Federasiyası (FİFA) onun sözlərini ölkənin futbol federasiyasının fəaliyyətinə müdaxilə kimi qiymətləndirir.
Xatırladaq ki, Qətərdəki dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Tunis millisi Avstraliya, Danimarka və Fransa komandaları ilə qrupda mübarizə aparacaq.