Ronaldo canlı yayımda ona salam vermədi - VİDEO



 18:05 01.11.2022     430

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo yenidən qalmaqallı hərəkəti ilə gündəmə gəlib.

Demedia.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı hücumçu İngiltərə Premyer Liqasının 14-cü turunda "Vest Hem"lə oyundan əvvəl meydanın kənarında olan "Sky Sports"un ekspertləri Lui Saa və Ceymi Rennadpal görüşüb. Lakin bu vaxt Ronaldo digər ekspert, "Mançester Yunayted"in sabiq oyunçusu Qari Nevillə salam verməyib. Daha sonra o, meydanya qayıdıb.

Ehtimal olunur ki, portuqaliyalı futbolçunun bu addımına onu tənqid etməsi səbəb olub. Nevil bu günlərdə efirdə "Çelsi" ilə matçda ehtiyat oyunçular skamyasında oturan, ikinci hissədə meydana çıxmaqdan imtina edən Ronaldo barədə deyib: "MY" Ronaldosuz daha yaxşı oynaya bilər. Klub onu satmalıdır".

Daha sonra Nevill Ronaldonun salam verməməsi haqda deyib: "Ö özünü mənimlə birgə oynadığı vaxtdakı kimi aparımır".

Əlavə edək ki, Ronaldo daha əvvəl də belə bir hərəkətlə gündəmə gəlib. O, avqust ayında onu tənqid edən "Liverpul"un sabiq oyunçusu Ceymi Karraqerlə də salamlaşmamışdı.(qol.az)