Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi bəlli oldu



 18:00 07.11.2022     438

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.

Demedia.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda bu raundda “Gent” (Belçika) ilə üz-üzə gələcək.

"Köhlən atlar" ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.