Dünya çempionatlarında ən gənc yaşda qol vuran “doqquzluq”
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFSH) Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatı ərəfəsində daha bir maraqlı araşdırma paylaşıb.
Demedia.az IFFHS-in saytına istinadən xəbər verir ki, bu dəfə mundialların final mərhələrində qol vuran ən gənc futbolçuların siyahısı tərtib olunub.
Siyahıya DÇ-lərdə qol sevinci yaşamış, yaşı isə 20-ə çatmamış 9 futbolçu daxil edilib.
Dünya çempionatları tarixindən ən erkən yaşda qol sevinci yaşamış futbolçu əfsanəvi braziliyalı Peledir. O, DÇ-1958-də Uelslə matçda fərqlənərkən 17 il 239 günlüyündə olub. Maraqlıdır ki, sözügedən mundial Pele üçün daha iki rekordla əlamətdar olub ki, bu rekordlar hələ yenilənməyib.
Həmin dünya çempionatında Fransa ilə matçda het-trik edən braziliyalı əfsanə dünyada bunu ən gənc yaşda bacaran oyunçudur (17 il 244 gün). Bundan cəmi beş gün sonra isə Pele hələ də qırılmayan daha bir rekordu rəsmiləşdirib. O, 17 il 249 günlüyündə DÇ finalında qol vurub.
Mundiallarda qol vuran ikinci ən gənc oyunçu sabiq ingilis hücumçu Maykl Ouendir. “Liverpul” əfsanəsi DÇ-1998-də 18 yaş 190 günlüyündə olarkən Rumıniya ilə matçda fərqlənib.
Tam siyahı aşağıdakı kimidir:
Futbolçu |
Ölkəsi |
Yaşı İl - Gün |
Qol vurduğu tarix |
Qol vurduğu komanda |
|
1 |
Pele |
Braziliya |
17-239 |
19/06/1958 |
Uels 1-0 |
2 |
Maykl Ouen |
İngiltərə |
18-190 |
22/06/1998 |
Rumıniya 1-2 |
3 |
Nicolae Kovaçs |
Rumıniya |
18-197 |
14/07/1930 |
Peru 3-1 |
4 |
Dmitri Sıçev |
Rusiya |
18-231 |
14/06/2002 |
Belçika 2-3 |
5 |
Lionel Messi |
Argentina |
18-357 |
16/06/2006 |
Serbiya və Monteneqro 6-0 |
6 |
Yulian Qrin |
ABŞ |
19-025 |
01/07/2014 |
Belçika 1-2 |
7 |
Divok Origi |
Belçika |
19-065 |
22/06/2014 |
Rusiya 1-0 |
8 |
Martin Hoffmann |
Şərqi Almaniya |
19-088 |
18/06/1974 |
Çili 1-1 |
9 |
Konstantin Stansiu |
Rumıniya |
19-092 |
14/07/1930 |
Peru 3-1 |