"Barselona" DÇ-2022-yə rekord sayda oyunçu göndərdi



 10:42 19.11.2022     442

“Barselona”nın 17 futbolçusu 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı üçün milli komandalarına çağırılıb.

Demedia.az-ın məlumatına görə, məlumatı klubun mətbuat xidməti yayıb.

Bu rəqəm bütün dünya çempionatları tarixində rekord göstəricidir.

“Barselona”dan dünya çempionatına gedəcək futbolçular Alexandro Balde, Jordi Alba, Erik Qarsiya, Serxio Buskets, Ansu Fati, Ferran Torres, Pedri, Qavi (hamısı İspaniya), Andres Kristensen (Danimarka), Mark-Andre ter Ştegen (Almaniya), Robert Levandovski (Polşa), Usman Dembele, Jül Kunde (hər ikisi Fransa), Rafinya (Braziliya), Memfis Depay, Frenki de Yonq (hər ikisi Niderland) və Ronald Arauxodur (Uruqvay).