Ronaldu və Messi şahmat taxtası arxasında qarşılaşıblar



 23:39 19.11.2022     422

"Mançester Yunayted"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldu və argentinalı PSJ-nin hücumçusu Lionel Messi "Louis Vuitton" brendinin reklam kampaniyası ilə şahmat taxtası arxasında qarşılaşıblar.

Demedia.az xəbər verir ki, bu barədə futbolçular sosial şəbəkələrdə paylaşım ediblər.

Qeyd edək ki, futbolçular ilk dəfədir ki, birgə reklamda görüntülənir.

İstifadəçilər tərəfindən maraqla qarşılanan görüntülər amerikalı fotoqraf Anna Leybovits tərəfindən çəkilib.

Hər iki futbolçu 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına qatılacaq.