Avropa çempionu 35 yaşında futboldan getdi



 18:33 20.02.2021     271

Fransa millisinin sabiq futbolçusu Yohan Kabay karyerasını başa vurub.

Nexeber.az apasport.az-a istinadla bildirir ki, 35 yaşlı yarımmüdafiəçi bunu sosial şəbəkə vasitəsilə elan edib.

Son klubu "Sent-Etyenn" olan Kabay 17 il böyük sevgi ilə oynadığı futboldan getmək qərarına gəldiyini açıqlayıb: "Xatirələrimi heç vaxt unutmayacağam. Futbola olan sevgimə görə qəbul etmək çətin olsa da, peşəkar karyeramı bitirirəm".

Qeyd edək ki, karyerası ərzində "Lill", "Nyukasl", PSJ, "Kristal Pelas", "Əl-Nəsr" və "Sent-Etyenn"də çıxış edən Yohan Kabay 2010-2016-cı illərdə Fransa millisinin heyətində 48 oyun keçirib, 4 qol vurub. O, 2005-ci ildə Fransanın U-19 yığması ilə Avropa çempionu olub.